İsrail qüvvələri Nablusda 1 fələstinlini öldürüb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata əsasən işğal altındakı İordan çayının qərb sahilinin Nablus şəhərindəki Yusif məqbərəsi yaxınlığında İsrail əsgərlərinin açdığı atəş nəticəsində 19 yaşlı fələstinli gənc həlak olub.
İnsident zamanı 3 nəfərin isə yaralandığı bildirilib.
Digər tərəfdən, Qızıl Ayparanın Nablusdakı təcili yardım mərkəzinin müdiri Əhməd Cibril, gözyaşardıcı qazın istifadəsi nəticəsində 30 nəfərin tənəffüs yollarında problem yarandığını deyib.
Cibril qeyd edib ki, İsrail qüvvələri qaz bombalarından təsirlənən 12 günlük körpənin müalicəsi üçün Təcili Tibbi Yardım əməkdaşlarının müdaxiləsinə icazə verməyib.
Aysel Şirinova