Xəbər verdiyimiz kimi məşhur aktyor Ufuk Özkan qaraciyər çatışmazlığı problemindən əziyyət çəkir.
32gun.az Türkiyə mediasına istinadən xəbər verir ki, 2-ci mərhələli serroz diaqnozu qoyulan aktyorun səhhəti ilə bağlı sevindirici irəliləyiş olub.
Belə ki, aktyorun vəziyyətinin yaxşılığa doğru getdiyi, belə davam edərsə, orqan transplantasiyasına ehtiyac olmayacağı bildirilib. Həkimlərin sözlərinə görə problemin həlli üçün dərman müalicəsi tətbiqi edilə bilər.
Aysel Şirinova