Google xəbər yaza bilən süni intellekt texnologiyasını sınaqdan keçirir.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Google-un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən, cari hadisələrdən xəbər mətnləri hazırlaya biləcəyi deyilib.
Google hesab edir ki, jurnalistlər üçün “şəxsi köməkçi” kimi xidmət göstərməsi nəzərdə tutulmuş bu texnologiya daha vacib xəbərlər üçün jurnalistlərin vaxtına qənaət edəcək.
Qeyd edək ki, süni intellekt texnologiyası ABŞ-ın aparıcı qəzetləri -"The New York Times", "The Washington Post" və "The Wall Street Journal"-ın sahibi olan "News Corp"-un rəhbərlərinin istifadəsinə verilib.
Aysel Şirinova