DÜNYA ÖZ XƏBƏR

Anasının paltarlarını geyinib bankdan oğurluq etdi - 8 saat sonra tutuldu (VİDEO)

Bahçelievlerdə qəribə hadisə baş verib.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, başın al bağlayan 48 yaşlı Ceyhun Y adlı kişi bankdan oğurluq edib. 

Hadisə ilə bağlı məlumatda bildirilir ki, banka müştəri kimi daxil olan "qadın" qəfildən silahını çıxararaq mühafizəçi Ş.H.-ni zərərsizləşdirib.
Oğurluq edən şəxs bank içilərinə tərəf yönəlib, əlindəki çantanı uzadıb və pulla doldurulmasını tələb edib. Təxminən 2 dəqiqə davam edən soyğunçuluqdan sonra içərisində 135 dollar və 170 min lirə pul olan çantanı götürən şübhəli hadisə yerindən qaçıb.

Bank soyğununun polisə bildirilməsinin ardından Asayiş Şöbə Müdirliyi Qəsb Büro Komandirliyi hərəkətə keçib. Polis bankın təhlükəsizlik kameralarını yoxlayanda məlum olub ki, oğurluq anı saniyə-saniyə görüntülənib.

Görüntülərdə banka girən qadın paltarında olan şübhəli ilk növbədə dönmək üçün cihaza tərəf çevrildiyi, bu vaxt ona kömək üçün yaxınlaşan mühafizəçinin qəfildən silahını çıxararaq zərərsizləşdirdiyi görülüb. Daha sonra bank əməkdalarına üz tutan oğrunun çantasını pulla doldurduqdan sonra bankı tərk etdiyi müəyyən edilib.

 Polis küçədəki təhlükəsizlik kamerası görüntülərindən istifadə edərək şübhəlini təqib edib. Qadın geyimində olan oğru əlində pul dolu çanta ilə bir müddət gəzərkən görüntülənib.

Polis qrupları tərəfindən Küçükçekmecedə yaşadığı müəyyən edilən şübhəlinin ünvanının ətrafında pusqu qurulub. Paltarını dəyişərək gəzən Ceyhun Y. tutularaq nəzarətə götürülüb. 

O əlindəki çantada 63 min lirə və hadisədə istifadə etdiyi silahı ələ keçirib. Şübhəlinin evinə baxış zamanı onun quldurluqda istifadə etdiyi anasına məxsus qadın paltarları aşkar edilib.

Ceyhun Y.-nin daha əvvəl heç bir cinayətinin olmadığı öyrənilib. Mətbəə işçisi işləyən Ceyhun Y.-nin borclarının olduğunu və hadisəni buna görə həyata keçirdiyi öyrənilib. Şübhəlinin hadisədən sonra borclarının bir hissəsini ödədiyi, yaxalananda isə yanında olan pulla digər borclarını ödəməyə getdiyini bildirib. Polis tərəfindən əməliyyatları tamamlanan şübhəli məhkəməyə sövq edilib. 

Ayxan

Oxşar Xəbərlər