DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə "uçan taksi fabriki" yaradılır

Braziliya aviasiya şirkəti elektriklə işləyən uçan taksi fabriki tikəcəyi barədə məlumat yayıb.

32gun.az xarici KİV-lərə istinadən bildirir ki, Braziliyanın təyyarə istehsalçısı Embraer, elektriklə uçan taksilərin istehsalı üçün San-Paulu şəhəri yaxınlığında fabrik tikəcəyini açıqlayıb.

 "Eve" şirkəti  tərəfindən istehsalı planlaşdırılan uçan taksilər kiçik 6 sərnişinlik helikopterə bənzəyir. Bu nəqliyyat vasitəsi ilə səyahətlərin adambaşına 50 ilə 100 dollar arasında başa gələcəyi gözlənilir. İlk uçuşları pilotlar  həyata keçirəcək, lakin şirkət gələcəkdə pilotsuz uçuşlar planlaşdırdığını deyib. 

Yeniliyin yükdaşımaya da səmərəsi olacağı barədə məlumatlar yayılıb. Qeyd edək ki, şirkət artıq 3000-ə yaxın hava taksisi sifarişi aldığını bildirib.

Uçan taksilərin 2026-cı ildən səmada olacağı gözlənilir.

Aysel Şirinova

 

Oxşar Xəbərlər