DÜNYA ÖZ XƏBƏR

Avropa ölkəsi turist sayını azaltmaq istəyir

Turist sayını azaltmaq istəyən Amsterdam böyük yolçu gəmilərinin fəaliyyətini məhdudlaşdırıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən ziyarətçilərin sayını və ətraf mühitin çirklənməsini azaltmağı hədəfləyən Hollandiyanın paytaxtı Amsterdam bələdiyyəsi böyük kruiz gəmilərinin şəhərin mərkəzində lövbər salmasına qadağa qoyub. 

Sözügedən gəmilərin şəhərə turist axınında əsas köməkçi vasitə olduğunu bildirən şəhər şurası da qərarı dəstəklədiyini bildirib. 

Qeyd edək ki, bu qərarın paytaxtda kütləvi turizmin qarşısının alınması üçün həyata keçirilən sonuncu tədbirlərdən biri olduğu deyilib.

Aysel Şirinova

Oxşar Xəbərlər