DÜNYA ÖZ XƏBƏR

Türkiyə "Twitter"ə reklam verilməsini dayandırıb

Türkiyə İnformasiya Texnologiyaları və Rabitə İdarəsi "twitter"lə bağlı  qərar verib.

32gun.az xəbər veri ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

 Mövzu ilə bağlı  Nəqliyyat və İnfrastruktur Nazirinin müavini Ömər Fatih Sayan "Threads" hesabında açıqlama verib.

Sayan, verilən vaxta və bütün danışıqlara baxmayaraq, yeni nizamnaməyə uyğun olaraq təmsilçi öhdəliyini yerinə yetirməyən "Twitter"-a Türkiyədə yaşayan vergi ödəyicisi fiziki və hüquqi şəxslər tərəfindən reklam verilməsinin qadağan edildiyini bildirib:

“Qadağaya əsasən, Twitter-də heç bir yeni reklam yerləşdirilməyəcək, bu çərçivədə yeni müqavilələr qurulmayacaq, pul köçürmələri həyata keçirilməyəcək".

Xatırladaq ki, ötən günlərdə "Twitter"in reklam gəlirlərinin 50%-ni itirərək ciddi ziyana uğraması barədə məlumatlar yayılmışdı.

Aysel Şirinova

 

Oxşar Xəbərlər