Rusiyada bir şəxs yuxularını idarə etmək üçün beyninə çip taxmaq məqsədilə başını deşib.
32gun.az xəbər verir ki, Mixael Raduqa adlı kişi başına məişətdə istifadə olunan deşici alət vasitəsi ilə yuxularını idarə etməyə imkan verən çip yerləşdirib.
Saatlarla internetdə neyrocərrahların necə işlədiyini göstərən videolara baxdığını deyən Raduqa "Telegram"dakı paylaşımında “Qazma apardım, başımda deşik açdım və beynimə elektrod yerləşdirdim”,-deyə bildirib.
O, bu görüntüləri "Twitter" səhifəsində də paylaşıb və bildirib ki, əməliyyat zamanı az qala qanaxmaqdan ölsə də, nəticələr gələcək yuxuların idarə olunması üçün böyük ümidlər açır.
Aysel Şirinova

