DÜNYA ÖZ XƏBƏR

Dəhşətli GÖSTƏRİCİ: Bu ölkədə qaradərililərin həbsi rekord həddə çatıb

Braziliyada qaradərililərin həbs sayı tarixdə ən yüksək həddə çatıb.

32gun.az xəbər verir ki, bu barədə Braziliya İctimai Təhlükəsizlik Forumu (FBSP) adlı qeyri-hökumət təşkilatının dərc etdiyi illik hesabatda məlumat yayıb.

Hesabatda ötən il sayı 442 min 33-ə yüksələn qaradərili məhbusların cəzaçəkmə müəssisələrindəki insanların 68,2 faizini təşkil etdiyi bildirilib. 

Braziliya həbsxanalarındakı bu vəziyyətin irqçiliyi açıq şəkildə ortaya qoyduğunu iddia edən hesabatda son 17 ildə ağdərili məhbuslarda 215%, qaradərililərdə isə 381,3% artım olduğu qeydə alınıb.

Sənəddə Braziliya həbsxanalarının həddindən artıq  antisanitar vəziyyətinə də toxunulub, eyni zamanda "hökumətin bərabərsizliyi və  irqçiliyi qanuniləşdirən məhkəmə qərarları və siyasətləri" də tənqid edilib.

Aysel Şirinova

 

Oxşar Xəbərlər