DÜNYA ÖZ XƏBƏR

"Burger King"in əməkdaşı həbs oluna bilər

ABŞ-ın Cənubi Karolina ştatında fast food şəbəkəsinin menecer köməkçisi Ceymi Meycor zibil qutusundan çıxardığı kartofu satması ilə bağlı iddialardan sonra  işdən çıxarılıb.

32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lərə istinadən məlumat yayıb.  

Polis tərəfindən saxlanılan Meycor 20 min dollar təzminat ödədikdən sonra buraxılıb. "Burger King" fəsfud şəbəkəsi New York Post-a verdiyi açıqlamada isə Meycorun işdən çıxarılmasını və sözügedən ittihamı qınadıqlarını bildirib. Şirkətin nümayəndəsi qeyd edib ki, iddialar brendin keyfiyyətli məhsul və xidmətlər təqdim etmək anlayışına ziddir.

Qeyd edək ki, ittihamlar sübuta yetirilərsə, Ceymi Meycoru 20 ilə qədər həbs cəzası gözləyir.

Aysel Şirinova

 

Oxşar Xəbərlər