Kanadanın Alberta əyalətində meşə yanğınları ilə mübarizə aparan helikopterin qəzaya uğraması nəticəsində pilot ölüb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
41 yaşlı pilotun ölümü ilə Kanadada mart ayından bugünədək davam edən meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 4-ə yüksəldiyi bildirilib. Ötən həftə isə 9 yaşlı uşaq və əvvəllər yanğınlarla mübarizə aparmış iki yanğınsöndürən həlak olub.
Qeyd edək ki, hazırda Kanadada 885-dən artıq ərazidə yanğın davam edir. Onlardan 600-ə yaxınının qarşısı hələ də alınmayıb.
Ölkədəki meşə yanğınlarında külə çevrilən meşə sahəsi isə 10 milyon hektarı ötüb.
Aysel Şirinova