Qaçaqmalçılıq yolu ilə 73 ədəd gəlinlik gətirən əcnəbi vətəndaşlar Türkiyə ərazisində gömrükdə saxlanılıb.
32gun.az xəbər verir ki, sözügedən şəxslərin təşviş halında avtobusdan çoxlu sayda qara bağlama endirmələri məsul şəxsləri hərəkət keçməyə sövq edib. Gömrük Mühafizə qruplarının müdaxiləsindən sonra bağlamalardan maya dəyəri 2 milyon TL olan 73 ədəd gəlinlik üzə çıxarılaraq müsadirə edilib.
Faktla bağlı Ədirnə Baş Prokurorluğunda araşdırmalar başladılıb.
Aysel Şirinova