Vətəndaş müharibəsinin davam etdiyi Sudanda xəstəxanaların 70 faizi xidmət göstərə bilmir.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Məlumata əsasən paytaxt və digər şəhərlərdəki 89 xəstəxanadan 62-nin xəstə qəbul edə bilmədiyi, 27 xəstəxananın normal və ya qismən fəaliyyətini davam etdirdiyi açıqlanıb.
Səhiyyə işçiləri və tibbi avadanlıq çatışmazlığı, su və elektrik enerjisinin kəsilməsi səbəbindən fəaliyyət göstərən xəstəxanaların da bağlanma təhlükəsi ilə üz-üzə qaldığı bildirilib.
Hökümətin verdiyi açıqlamada münaqişə başlayandan bəri bombalanan xəstəxanaların sayının 19-a çatdığı, 22 xəstəxananın isə məcburi təxliyə edildiyi bəyan edilib.
Qeyd edək ki, ölkədə aprel ayından davam edən vətəndaş müharibəsi nəticəsində 3 mindən çox insan həlak olub, on minlərlə insan yaralanıb, 3 milyondan çox insan ölkə daxilində və xaricində didərgin düşüb.
Aysel Şirinova