Filippinin şimalında baş verən Doksuri qasırğası nəticəsində ölənlərin sayı 6-ya yüksəlib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə Benguet əyalətində torpaq sürüşməsi nəticəsində torpaq altında qalan evdə 4 nəfər, ölkənin şimalındakı Baguio şəhəri və İsabela əyalətində isə iki nəfər həyatını itirib.
Təsirini qismən itirməyə başlasa da, Doksuri Tayfunun sürətinin saatda 214 kilometrə qədər təsirli ola biləcəyi ifadə edilir.
Xatırladaq ki, ölkədə baş verən təbii fəlakət səbəbindən minlərlə insan təxliyyə edilib, məktəblərin fəaliyyəti dayandırılıb.
Aysel Şirinova