ABŞ-ın Arizona ştatında həddindən artıq istilər səbəbindən 3,5 ayda 25 nəfərin öldüyü açıqlanıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məıumat yayıb. Arizona ştatının Maricopa Rayon İctimai Səhiyyə İdarəsinin dərc etdiyi həftəlik hesabata görə, aprelin 11-dən bugünədək bölgədə təsirli olan həddindən artıq istilər səbəbindən 25 nəfər ölüb.
Ölkədə iyulun 9-dan etibarən havanın temperaturunun gecələr də 32 dərəcədən yuxarı olduğu bildirilib. Arizona ştatının Feniks şəhərində isə havanın temperaturunun 27 gün boyunca 43 dərəcəni keçdiyi qeydə alınıb ki, bu da rekord göstəricidir.
Aysel Şirinova