Kamboca, iyulun 4-dən sosial media nəhəngi Meta-nın müşahidə şurasının 22 üzvünə ölkəyə giriş qadağası tətbiq etdiyini açıqlayıb.
32gun.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb. Bildirilib ki, hazırda Kambocada olan müşahidə şurası üzvləri də 48 saat ərzində ölkəni tərk etməlidirlər.
Qərarın verilməsinə səbəb kimi Kamboca Baş naziri Hun Senin rəsmi Facebook hesabının Meta tərəfindən müvəqqəti bağlanmasının olduğu bildirilib. Qadağa ilə bağlı verilən açıqlamada Metanın bu qadağasının mətbuat azadlığına mane olmaqla yanaşı, heyran olduqları və dəstəklədikləri liderlərdən etibarlı xəbərlər almaq hüquqlarını da əngəlləmək məqsədi daşıdığı deyilib.
Qeyd edək ki, Meta nəzarət şurası baş nazir Hun Senin yanvar ayında paylaşdığı videonun Facebook siyasətlərini pozduğunu əsas gətirərək hesabın fəaliyyətini 6 ay müddətinə dayandırıb.
Aysel Şirinova