DÜNYA ÖZ XƏBƏR

Çindən ABŞ-a kiberhücum iddiası

Çinin Vuhan Zəlzələ İzləmə Mərkəzinin ABŞ mənşəli olduğu düşünülən kiber hücuma məruz qaldığı iddia edilib.

32gun.az-ın xəbərinə görə bu barədə məlumatı Çin Kommunist Partiyasının (ÇKP) media orqanı olan “Global Times” yayıb.

Media orqanının xüsusi hesabatına əsasən, Uhandakı Fövqəladə Hallar İdarəsi Bürosu şəhərin zəlzələ monitorinq mərkəzinə xaricdəki ölkədən kiberhücum edildiyini açıqlayıb. 

İlkin araşdırmalar kiberhücumun ABŞ hökumətinin dəstəklədiyi hakerlər tərəfindən həyata keçirildiyini göstərib.

360 təhlükəsizlik şirkətinin araşdırmasında, ABŞ Milli Təhlükəsizlik Agentliyinin daha əvvəl Çində ən azı yüzlərlə mühüm yerli məlumat sisteminə kiberhücumlar həyata keçirərək proqram vasitəsilə məlumatların NSA-ya ötürüldüyü ifadə edib.

Aysel Şirinova

Oxşar Xəbərlər