DÜNYA ÖZ XƏBƏR

"Ukraynanın Qərb silah anbarı vuruldu" - İqor Konaşenkov

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov Ukraynadakı ABŞ və Avropadan silah, hava bazaları və pilotsuz dəniz nəqliyyat vasitələrinin anbarlarını uzaqmənzilli yüksək dəqiqlikli raketlərlə vurduqlarını bildirib.

32gun.az xəbər verir ki, Konaşenkov Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı açıqlamalar verib.

Ukraynada bəzi hədəfləri məhv etdiklərini vurğulayan Konaşenkov:

“Rusiya Silahlı Qüvvələri Ukrayna ordusunun hava bazalarına, dislokasiya və nəzarət-buraxılış məntəqələrinə, montaj sexlərinə, pilotsuz dəniz nəqliyyatı anbarlarına, həmçinin ABŞ və Avropa ölkələrindən alınmış raket, silah və hərbi texnikaya yüksək dəqiqliklə uzunmüddətli intensiv hücumlar həyata keçirib. Uzaqmənzilli raketlər havadan və dənizdən atılıb. Bütün təyin olunmuş hədəflər vurulub”,- deyə bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər