İsveç Parlamentinin Ədalət Komitəsinin sədri Hz. Məhəmmədi təhqir edib.
32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə millət vəkili Richard Jomshofun sosial media hesabından Hz.Məhəmmədlə bağlı təhqiramiz paylaşımı gündəmi zəbt edib. Millət vəkili paylaşımı İsveçdə Qurani-Kərimi yandırma provakasiyalarına qarşı çağırışlar edən müsəlmanlara cavab zamanı edib.
Ölkənin əsas müxalifət partiyası olan Sosial Demokrat Partiyasının rəhbəri Maqdalena Andersson bu posta reaksiya verib və bildirib ki, Richard dərhal Parlamentin Ədalət Komitəsinin sədri vəzifəsindən istefa verməlidir. Partiyanın Xarici Siyasət sözçüsü Morgan Johansson da "Aftonbladet" qəzetinə verdiyi açıqlamada Comshofun vəzifəsində qalmayacağını və istefa verməli olduğunu bildirib.
Digər tərəfdən, Jomshof növbəti paylaşımında Türkiyə əsilli siyasətçi, Partiya sədri Mikayıl Yüksəlin ölkəni tərk etməsi üçün çağırış edib.
Xatırladaq ki, Yüksəl sosial media hesabından Quran yandırılması qadağan olunana qədər müsəlman ölkələrinin İsveç mallarını boykot etməsini tələb edib.
Aysel Şirinova