DÜNYA ÖZ XƏBƏR

Bu ölkədə isti hava 249 nəfərin həyatına son qoydu

Meksikada 4 ayda həddindən artıq istilər nəticəsində 249 nəfər ölüb.

32gun.az-ın CNN-ə istinadən verdiyi xəbərə görə, Meksika Səhiyyə Nazirliyi ölkədə iqlim dəyişikliyi ilə bağlı həddindən artıq istilər səbəbindən insan itkiləri ilə bağlı hesabat yayıb.

Hesabata əsasən, Meksikada iyunun sonunda termometrlərin 45 dərəcə selsi isti göstərdiyi halda, 19 mart-22 iyul tarixləri arasında normadan yüksək temperatur səbəbindən 249 nəfər ölüb. Ən çox insan itkisi 100 nəfərlə Nuevo Leon əyalətində görülərkən, ölümlərin 92,4%-i isti vurma, qalanı isə susuzluq səbəbiylə meydana gəlib.

Hökumət əhaliyə istidən qorunmaq üçün xüsusilə saat 11:00-15:00 arasında çölə çıxmamağı gün ərzində ən azı iki litr su içməyi tövsiyə edir.

Aysel Şirinova

Oxşar Xəbərlər