DÜNYA ÖZ XƏBƏR

Mahsun Kırmızıgül: "tək peşmanlığım budur"

Mahsun Kırmızıgül 16 ildən sonra musiqi dünyasına qayıdıb.

32gun.az xəbər verir ki, müğənni bu barədə yerli KİV-lərə müsahibə verib.

Jurnalistlərin, "Musiqiyə uzun müddət ara verdiyiniz üçün peşmansınızmı?" sualını cavablandıran müğənni, "Uzun müddətdir oxumadığım üçün səs tellərim paslanmışdı. Özümü yeni-yeni tapmağa başlayıram.16 il fasilə verməsəiydim ən azı 50-60 mahnım var idi. Musiqi sənayesindəki insanlar rəqəmsala keçid səbəbindən istədikləri gəliri əldə edə bilmirlər. Əvvəllər biz albom buraxanda milyonlarla dollar pul qazanırdıq. İndi musiqidə istədiyinin qarşılığını ala bilmirsən,- deyə bildirib.

Müğənni sənət yoldaşlarının bir-birinə qısqanmasından da danışıb: Sənətçilər bir-birinə paxıllıq edirlər. Məsələn, elə mən də gözəl bir bəstəyə qulaq asanda “kaş mən də bacara biləydim” deyirdim. Bu, hamımızın təbiətində var. Bəlkə də fasilə verməyib, yaxşı işlər ərsəyə gətisə idim, sənət yoldaşlarım da mənə baxıb daha yaxşısı üçün çalışacaqdılar. Deyə bilərəm ki, tək peşmanlığım budur".

Müğənni uzun fasilədən sonra yeni mahnısının avqustun 4-də yayımlanacağını da bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər