DÜNYA ÖZ XƏBƏR

BBC: Google Alerts zəlzələlərdə aktivləşdirilməyib

Google Alertsin Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı xəbərdarlıq göndərmədiyi məlum olub.

32gun.az xəbər verir ki, BBC-nin araşdırmasına görə, zəlzələdən bir dəqiqə əvvələ qədər xəbərdarlıq edə bilən Google-un bildiriş sistemi fevralın 6-da baş verən zəlzələlərdə işə düşməyib. 

Zəlzələnin təsirli olduğu 3 böyük şəhəri ziyarət edən BBC əməkdaşları sistemin işə düşmədiyiniaşkar ediblər. Google səlahiyyətliləri Kahramanmaraşda baş verən ilk böyük zəlzələdən əvvəl milyonlarla istifadəçinin telefonlarına bildirişlər göndərildiyini bildirsələr də, BBC səlahiyyətliləri araşdırmaları nəticəsində həyəcan siqnalı alan heç bir şəxslə qarşılaşmadıqlarını deyiblər.

Google Alerts rəsmilərindən olan Micah Berman, zəlzələ xəbərdarlığı sisteminin işlədiyini təkid edib: "Biz əminik ki, sistem işləyir və həyəcan siqnalı göndərir".

Digər tərəfdən ABŞ seysmoloqu Prof. Harold Tobin,"Google birbaşa insan həyatı ilə əlaqəli olan bu mövzu barədə məsuliyyət daşıyır",- deyə bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər