DÜNYA ÖZ XƏBƏR

Simpsonların proqnozu yenə doğru çıxıb

Simpsonlar "Twitter"-in adını dəyişəcəyini bilirdilər.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, Simpsons seriyasının 2012-ci il epizodunda Homer yeni loqoya bənzəyən proqramdan istifadə edir.

Doqquz il əvvəl 'Ned 'n' Edna's Blend Agenda' seriyasında yayımlanan səhnədə X adlı platforma görünür. Bu platforma Homerin smartfonunda göstərilir və əsas ekranda Twitter-in yeni X loqosuna çox bənzəyən proqramın olduğu müşahidə olunur.

Xatırladaq ki,  ötən həftə İlon Mask sosial media platformasının ənənəvi “mavi quş” loqosunu “X” hərfi ilə əvəz edib. O, şəxsi “Twitter” profilinin şərh bölməsindən  "X.com" ünvanının artıq "twitter.com"a yönləndirildiyini açıqlayıb.

Aysel Şirinova

Simpsons, Twitter’ın adının değişeceğini bilmişti

Oxşar Xəbərlər