Akbelendə meşəlik ərazidə davam edən etirazlara dəstək üçün bölgəyə gedən CHP sədri Kamal Kılıçdaroğluna ərazidəki bəzi nümayişçilər etiraz edib.
32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, bu zaman CHP Ərzincan millət vəkili Mustafa Sarıgül Kılıçdaroğluna etiraz edən qadını qolundan tutaraq sürükləməyə çalışıb.
Mustafa Sarıgülün bu hərəkətinə reaksiya verən başqa bir nümayişçi isə "Sən necə belə bir şey edirsən? Yox, qolunu çəkə bilməzsən" deyib. Sarıgül qadını bu çıxışın qarşısında qoyub ərazidən uzaqlaşıb.
Ayxan