DÜNYA ÖZ XƏBƏR

Merin toyda heç nəyi vecinə almaqdan rəqs etməsi əsəb yaratdı - VİDEO

Yunanıstanda meşə yanğınlarının davam etdiyi Attika şəhərinin meri Patulisin videosu sosial mediada gündəm olub.

32gun.az Türkiyə KİV-nə istinadən bildirir ki, hımin görüntü sərt reaksiyaya səbəb olub. Yanğınlara əhəmiyyət vermədiyi müşahidə edilən Patulis qatıldığı toyda rəqs etməsi yunanlarda əsəb yaradıb. 

Qeyd edək ki, Yunanistanda günlərlə davam edən meşə yanğınlarında 4 nəfər ölüb. Yunanıstanda iyulun 17-də başlayan meşə yanğınları davam edərkən, Türkiyə, İsrail, Misir, Bolqarıstan, İtaliya, Malta, Fransa, İordaniya, Polşa, Rumıniya və Slovakiya yanğınlara müdaxilə etmək üçün yardım göndərib. Kənd Təsərrüfatı və Meşə Nazirliyinə məxsus iki amfibiya yanğınsöndürmə təyyarəsi və bir yanğınsöndürmə helikopteri prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə iyulun 22-də 9 nəfərlik uçuş heyəti ilə Afinaya gəlib. Rodos adasındakı yanğınlarda Türkiyədən göndərilən təyyarələr işləyir.
Ayxan

 

Oxşar Xəbərlər