DÜNYA ÖZ XƏBƏR

5 yaşlı uşaq sərhəddi tək keçdi - Dövlət rəsmiləri hərəkətə keçdi

Meksika sərhədini keçərək təkbaşına ABŞ-a çatan adı açıqlanmayan 5 yaşlı honduraslı qız dövlıt rəsmilərini səfərbər edib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, Texasın Eagle Pass bölgəsində olan kiçik qız onu tapan polis əməkdaşlarına anasını axtardığını bildirib. Əlindən bir an belə buraxmadığı plastik torbanın içindəki doğum şəhadətnaməsindən şəxsiyyəti müəyyən edilən kiçik qızın tapılmasına 3 gün qalmış anasının öldüyü və 3 qadının ona Meksikadan sərhədi keçməsinə kömək etdiyi bildirilib.

Texas İctimai Təhlükəsizlik Departamentindən verilən açıqlamada kiçik qızın atasının Hondurasda olduğunu və anasını yenidən görmək üçün ABŞ-a gəldiyini söylədiyi bildirilib. 5 yaşlı qızın vətənində təcavüzə məruz qaldığını deməsi hər kəsi heyrətə gətirib.
Ayxan

 

Oxşar Xəbərlər