HADİSƏ

Xırdalanda intihara cəhd edən kişi özünü yandırıbmış - YENİLƏNİB (VİDEO)

Xəbər verdiyimiz kimi, Xırdalanda bir nəfər intihara cəhd edib.

32gun.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi həmin intihara cəhd hadisəsinin videosunu yayıb. 

Görüntülərdə Bakı-Sumqayıt avtomobil yolunda yerləşən yerüstü piyada keçidinin üzərinə çıxan şəxsin ayaq nahiyəsini yandırdığı görünür. 

FHN-dən bildirilib ki, aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.

*****

Xırdalanda yerüstü piyada keçidində intihara cəhd edən vətəndaş xilas edilib. 

FHN-dən 32gun.az-a verilən məlumata görə, xilasedicilər vətəndaşla yaxın məsafədən psixoloji söhbət aparmaqla yanaşı xilasetmə yastığı açaraq, zəruri təhlükəsizlik tədbirləri görüblər.

FHN-in xilasediciləri tərəfindən aparılan psixoloji söhbət nəticəsində vətəndaş intihar etmək fikrindən daşındırılıb.

*****

Xırdalanda bir nəfər intihara cəhd edir.

32gun.az qafqazinfoya istinadən xəbər verir ki, şəxsiyyəti hələlik müəyyən olunmayan kişi özünü yerüstü keçidin üstündən atmaq istəyir.

Əldə etdiyimiz ilkin məlumata görə, həmin şəxs ailədaxili problemlərə görə bu əmələ əl atıb. Belə ki, iddiaya əsasən, o, bir müddət əvvəl həyat yoldaşından ayrılıb və bu səbəbdən azyaşlı övladını görə bilmir .

Əraziyə polis və digər aidiyyəti qurumların əməkdaşları cəlb edilib. Şəxsi fikrindən daşındırmaq istiqamətində profilaktik tədbirlər görülür.

 

Oxşar Xəbərlər