DÜNYA ÖZ XƏBƏR

Daha bir yanğınsöndürən pilot öldü

Kanadada davam edən və "ölkə tarixinin ən böyük yanğını" olaraq qeyd edilən meşə yanğınlarında həyatını itirən yanğınsöndürənlərin sayı 3-ə yüksəlib.

32gun.az BBC-ə istinadən xəbər verir ki, səlahiyyətlilər Kanadanın Britaniya Kolumbiyası bölgəsində meşə yanğınları ilə mübarizədə bir yanğınsöndürən öldüyünü açıqlayıb.

Beləliklə, builki meşə yanğınlarında həyatını itirən yanğınsöndürənlərin sayı 3-ə yüksəlib.

Kanadada nəzarətə alına bilməyən yanğınlar səbəbiylə sakinlər cənubda ABŞ sərhədinə doğru təxliyə edilərkən, davam edən yanğınların üçdə birinin Britaniya Kolumbiyası bölgəsində olduğu açıqlanıb.

Aysel Şirinova

Oxşar Xəbərlər