Ukrayna Prezidenti Rusiyanın hücumları ilə bağlı açıqlama verib.
32gun.az xarici KİV-lərə istinadən bildirir ki, Zelenski Rusiya ordusunun Kriviy Riq və Xerson şəhərlərində yaşayış binasına və universitet binasına zərbələr endirildiyini, ölən və yaralananların olduğunu deyib. Prezident Rusiya terroru nəticəsində yaxınlarını itirənlərə başsağlığı verib.
Daxili işlər naziri Klimenko hücum nəticəsində bir nəfərin həyatını itirdiyini, axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib. Bundan əlavə, Donetskə hücumda bir nəfər həlak olub, iki avtomobil və bir avtobus yandırılıb.
Aysel Şirinova