Filippində Doksuri qasırğasının yaratdığı fəlakət və qəzalarda həyatını itirənlərin sayı 25-ə yüksəlib.
32gun.az xarici KİV-lərə istinadən xəbər verir ki, səlahiyyətlilər, tayfunun səbəb olduğu torpaq sürüşməsi və sel kimi səbəblərdən ölənlərin sayının 25-ə yüksəldiyini, 20 nəfərin isə itkin düşdüyünü açıqlayıb.
Ölkədə təxminən 2,4 milyon insana təsir edən qasırğa səbəbindən 50 mindən çox insan təhlükəsiz yerlərə təxliyə edilib.
Digər tərəfdən təbii fəlakətin Çinə çatdığı da bildirilib. Çin Qlobal Televiziya Şəbəkəsinin xəbərinə görə, Milli Meteorologiya Mərkəzi saatda 173 kilometr küləyin sürətinə malik olan tayfunun Yaponiyadan ölkənin şimal-qərbinə doğru irəlilədiyini açıqlayıb.
Tayfunun avqustun 2-də Şərqi Çin dənizini vuracağı və Ciciang əyalətinin sahilyanı ərazilərində təhlükə səviyyəsini keçəcəyi iddiaları yayılıb.
Qeyd edək ki, Pekinin Mentougou bölgəsində davam edən təbii fəlakət səbəbindən təxminən 5 min insan təhlükəsiz yerlərə təxliyə edilib, 2 nəfər isə həyatını itirib.
Aysel Şirinova