DÜNYA ÖZ XƏBƏR

Peskov: "Kiyev rejimi terror hücumu taktikasından istifadə edir"

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada cari məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

32gun.az-ın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə Rusiyanın müxtəlif bölgələrinə edilən hücumların “terror aktları” olduğunu vurğulayan Peskov, “Bu hücumlar uğursuzluqlarından doğan çarəsizlik hərəkətləridir. Kiyev rejimi terror hücumu taktikasından istifadə edir. Biz buna qarşı mübarizəmizi davam etdirəcəyik”,-deyib.

Peskov Rusiyanın Ukrayna böhranının həlli ilə bağlı Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılan görüşü izləyəcəyini də ifadə edərək “Kiyev rejiminin hazırkı yanaşması ilə sülh razılaşması əldə etmək olarmı? Cavab aydındır ki, yox. Bunun üçün lazımi şərait yoxdur. Kiyev rejimi Qərbin Rusiyaya qarşı müharibəsində alət kimi istifadə edildiyi müddətcə sülhə can atmır və ata da bilməz”,- deyə bildirib.

Aysel Şirinova

Oxşar Xəbərlər