DÜNYA ÖZ XƏBƏR

Çimərlikdə baş verən bu hadisə sakinləri qorxuya saldı

ABŞ-da dəhşətli qəza baş verib.

32gun.az xarici KİV-ə istinadən bildirir ki, Nyu-Hempşir ştatının Hampton Beach şəhərində keçən şənbə günü çox sayda insan çimərlikdə olarkən tək motorlu Piper PA-18 tipli təyyarə dənizə düşüb. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis qrupları göndərilib. Qəzada ölən və yaralanan olmadığı bildirilib. Təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil. 
Yerli media təyyarənin yaxınlıqdakı Hampton hava limanından havaya qalxdığını və qəzaya uğramazdan əvvəl Hampton Beach və Salisbury Beach boyunca bir neçə dövrə vurduğunu bildirib.
Ayxan

Oxşar Xəbərlər