HADİSƏ

Azərbaycanda yeniyetməni ürəyindən bıçaqladılar

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

32gun.az-ın məlumatına görə, hadisə şəhərin Dədə Qorqud küçəsindəki çayxanaların birində qeydə alınıb.

2006-cı il təvəllüdlü, Əli Sarıyev ürək nahiyyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

O, dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Oxşar Xəbərlər