DÜNYA ÖZ XƏBƏR

7 ildir axtarışda olan polis rəisi saxlanıldı (ANBAAN VİDEO)

7 ildir FETÖ-yə görə axtarışda olan birinci dərəcəli polis rəisi Arif Oktay Eser saxta şəxsiyyət vəsiqə və pasportla xaricə qaçmağa hazırlaşarkən Ankarada tutulub.

32gun.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Məlumata əsasən Eserin üzərindəki saxta şəxsiyyət vəsiqə və pasport, külli miqdarda xarici valyuta, FETÖ simvolu kimi tanınan 1 dollar, çoxlu sayda cib telefonu, noutbuk, powerbank, şarj cihazı və ilk yardım ləvazimatları ələ keçirilib.

Terrorçu onu tutan polislərə, “Əbəs yerə cəhd edirsiniz, geri dönəcəyik”,- deyərək təhdid edib.

Şübhəli şəxs Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirilir. 

Aysel Şirinova

Oxşar Xəbərlər