"Soyuq içkilərin sürətli və həddən artıq istifadəsi ürək döyüntülərini aşağı salaraq problemlərə səbəb ola bilər"
32gun.az xəbər verir ki, soyuq suyun orqanimzdə yarada biləcəyi fəsadlardan danışan mütəxəssilər bu barədə əhalini diqqətli olmağa çağırıblar. Türkiyəli həkim Hakani Hazarın sözlərinə görə, xüsusilə ürək döyüntüləri problemi olan şəxslər buzlu içkilərdən çəkinməlidirlər: "Soyuq su və buzlu içkilər mədə əzələlərinin daralmasına və yavaşlamasına səbəb olur. Mədə turşusunun istehsalının qarşısını alır və mədənin boşalmasını gecikdirir".
Mütəxəssis buzlu içkilərin yol açdığı problemlərə çəki artımının da daxil oldunu bildirib: "Bu, çoxlarına təəccüblü gələ bilər. Ancaq bunun səbəbi yediyiniz yeməklərdən sonra orqanizmin qəbul olunan piyi yandırmaq istəməsi, lakin buzlu suyun buna imkan verməməsidir. Çünki maddələr mübadiləsi yavaşlayır, çəki artımı yaranır. Digər tərəfdən buzlu su miqrenli insanlarda baş ağrılarını artıra bilər".
Aysel Şirinova