Rusiya Müdafiə Nazirliyi Ukrayna ordusuna aid 3 pilotsuz dəniz maşınının məhv edildiyini açıqlayıb.
32gun.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Nazirlikdən verilən yazılı açıqlamada, Rusiya Qara Dəniz Donanmasına aid “Sergey Kotov” və “Vasiliy Bikov” patrul gəmilərinin bu gecə Sevastopoldan 340 kilometr cənub-qərbdə naviqasiya nəzarəti tapşırığını yerinə yetirdiyi bildirilib. Məlumatda Ukrayna Silahlı Qüvvələrinə məxsus 3 pilotsuz dəniz vasitəsi ilə gəmilərə uğursuz hücum cəhdlərinin olduğu qeyd edilib.
“Hücum dəf edilərkən düşmənin pilotsuz dəniz vasitələri məhv edilib”,- deyə Nazirlik bildirib.
Aysel Şirinova