DÜNYA ÖZ XƏBƏR

Avtomobillə Velosiped sürücüsünü vurub qaçdı - DƏHŞƏTLİ HADİSƏ

 

İstanbulda dəhşətli hadisə baş verib.

32gun.az bildirir ki, Bostancı sahil yolunda polisdən qaçdığı iddia edilən avtomobilin sürücüsü yolu keçmək istəyən Doğanay Güzelgünlə toqquşub. Toqquşmanın nəticəsində yola yıxılan velosipedçi ağır yaralanıb. 
Hadisə yerinə polis və tibb işçiləri göndərilib. Ağır yaralanan 51 yaşlı Gözəlgün aparıldığı xəstəxanada dünyasını dəyişib. Doğanay Güzelgünü (51) vuran sürücü hadisədən sonra avtomobilini tərk edərək qaçıb. Qəzadan sonra sürücünün avtomobilini tərk edərək qaçdığı anlar kameralara əks olunub. Görüntülərdə ətrafdakıların yaralı Güzelgünə kömək etməyə tələsdiyi, sürücünün isə qaçaraq hadisə yerini tərk etdiyi görünür.

Ayxan

Oxşar Xəbərlər