DÜNYA ÖZ XƏBƏR

SEPAH fars körfəzində hərbi təlimlərə başladı

İran Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə mübahisənin olduğu Fars körfəzindəki adalar ətrafında hərbi təlimlərə başlayıb.

32gun.az İran mediasının yaydığı məlumata əsasən xəbər verir ki, SEPAH İnqilab Keşikçiləri Ordusunun baş komandanı general-mayor Hüseyn Selami və Fars körfəzindəki “adaların müdafiəsi” üzrə yüksək səviyyəli komandirlərin iştirakı ilə genişmiqyaslı təlim keçirib.

Təlimdə pilotsuz uçuş aparatları və 600 kilometr mənzilli raketlərdən istifadə edildiyi bildirilib.

30 din xadiminin, eləcə də minlərlə əsgərin iştirak etdiyi təlimin məqsədinin Sepahın adalarını qorumaq naminə SEPAH-ın nüfuzunu və müdafiə hazırlığını gücləndirmək olduğu bildirilib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri bu adalardakı iddiaları istiqamətində ərəb ölkələri və beynəlxalq təşkilatlar qarşısında təşəbbüslər irəli sürür.

Aysel Şirinova

 

Oxşar Xəbərlər