2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkiləri üçün paytaxt Vaşinqtonda siyasətçilərin orta yaşı Amerika ictimaiyyətinin gündəmini zəbt edən əsas məsələlər sırasında qərarlaşıb.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Senatındakı Respublikaçıların lideri, 81 yaşlı senator Mitch McConnellin bir neçə dəfə yıxılması, mətbuat konfransında danışarkən təxminən 20 saniyə heç nə demədən sanki huşunu itirmiş kimi dayanması, 90 yaşında. qoca senator Dianne Feinstein xəstəlikləri səbəbindən bir müddət Konqresdə ola bilməməsi Amerika siyasətində yaşməsələsini yenidən gündəmə gətirib.
ABŞ-ın 2024-cü il prezident seçkilərində namizədliyini irəli sürən Birləşmiş Ştatların BMT-dəki keçmiş nümayəndəsi Nikki Haley "75 yaşdan yuxarı siyasətçilər üçün məcburi əqli bacarıq testlərinin tətbiq edilməsini" müdafiə edib. Tramp da ölkədəki bütün prezidentliyə namizədlərin əqli bacarıq testindən keçməli olduqlarını təsdiqləyib.
Ağ Ev isə 80 yaşlı prezident Baydenin səhhətinin yaşı ilə bağlı narahatlıqlar fonunda "prezidentlik vəzifələrini yerinə yetirməyə uyğun" olduğunu göstərən tibbi hesabatlara istinad edib. Digər tərəfdən, yaşın “siyasi material” kimi istifadə olunmasına qarşı çıxanlar da var. Bununla belə bir qrup hökümət işçisinin fikirlərinə görə, önəmli olan yaş deyil, siyasi təcrübə və biznes qurmaq bacarığıdır.
Mövcud fikir ayrılıqları səbəbilə müzakirəyə çıxarılan mövzu barədə yekun qərar verilməyib.
Aysel Şirinova