DÜNYA ÖZ XƏBƏR

Nazir müğənnini məhkəməyə verdi

İtaliyanın baş naziri onu "faşist" adlandıran rok ulduzunu məhkəməyə verib.

32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə İtaliyanın baş naziri Corciya Meloni “Placebo” qrupunun solisti Brayan Molkonun Turində verdiyi konsertdə siyasətçini “faşist, irqçi” adlandırmasından sonra məhkəməyə müraciət edib.

Turin şəhər prokurorları hadisədən bir həftə sonra britaniyalı müğənni ilə bağlı araşdırmalara başlayıb.

İtaliyanın cinayət məcəlləsinə görə, hökuməti, parlamenti və ya ordunu açıq şəkildə ləkələyən hər kəs 5000 avroya qədər cərimələnə bilər.

Aysel Şirinova

Oxşar Xəbərlər