DÜNYA ÖZ XƏBƏR

Məşhur xəbər agentliyi İlon Maskı məhkəməyə verib

Fransız xəbər agentliyinin  X sosial media platformasına qarşı "xəbər müəllif hüququ" ilə bağlı açdığı dava İlon Maskın qəzəbinə səbəb olub.

32gun.az xarici mediaya istinadən xəbər verir ki, Agence France-Presse (AFP)in yaydığı məlumata görə  İlon Mask Parisdə əvvəllər "Twitter" kimi tanınan sosial media platforması "X"-ə qarşı xəbər məzmununun yayılmasına görə ödənişi müzakirə etməkdən imtina etdiyi üçün agentlik  Parisdə məhkəməyə müraciət edib.

Elon Musk isə "X"-də paylaşdığı mesajda AFP-nin bu addımını sərt sözlərlə tənqid edərək, "Bu, çox qəribədir. Bizdən pul qazanmadığımız reklam  saytı üçün onlara pul ödəməyimizi istəyirlər?”,- deyə bildirib.

Qeyd edək ki, 2021-ci ildə Fransanın rəqabət orqanı "Google"u xəbər nəşriyyatları ilə görüş qaydalarına əməl etmədiyinə görə 500 milyon avro cərimələyib. "Google" daha sonra AFP və bir sıra digər aparıcı fransız xəbər agentlikləri ilə müqavilələr bağlayıb. Hadisədən sonra "Facebook" da bəzi fransız nəşriyyatları ilə müqavilələr imzalayıb.

Aysel Şirinova

Oxşar Xəbərlər