Metroda gizlicə qadınların şəkillərini çəkən turistə bunu görən qadınlardan biri hücum edib.
32gun.az xəbər verir ki, hadisə Taksimdə baş verib.
İdmançı, məşqçi və kaskadyor olduğunu deyən qadın polisə ifadəsində turistin telefonunda özü ilə birgə digər qadınların da şəkillərini gördükdə əsəblərinə hakim ola bilmədiyini bildirib: "Telefonda gördüklərimdən sonra ona təpik və yumruqlar atdım. Oturduğu yerə çıxıb qaşını, başını partlatdım. Yenə olsa, yenə edərəm".
Turistlə bağlı polis idarəsində iş başladılıb.
Aysel Şirinova