Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransisk Avropa İttifaqını (Aİ) münaqişələrin, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh diplomatiyasını inkişaf etdirməyə çağırıb.
32gun.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə Papa, “Avropa müharibə və silahlanma yarışının qaçılmaz olduğunu düşünməkdənsə, sülh və diplomatik həll yollarına nail olmaq üçün yenilikçi yanaşmalar təklif edə bilər. Ukraynada müharibəyə və bu qədər qan tökülməsinə səbəb olan çoxsaylı münaqişələrə son qoymaq üçün dünyaya sülh vasitələri təklif etmirsinizsə, hara üz tutursunuz?",- deyə Avropa İttifaqına sual ünvanlayan Papa onları silahlanmaya deyil, insan kapitalına sərmayə qoymağa çağırıb.
Dünya Gənclər Günü çərçivəsində Portuqaliyanın paytaxtı Lissabonda olan Papa, "Dünyanın əsl Avropaya ehtiyacı var" deyərək, Avropanın şərqdə, Aralıq dənizində, Afrikada körpü rolunu oynamalı olduğunu da qeyd edib.
Aysel Şirinova