DÜNYA ÖZ XƏBƏR

Pişiyi öldüyü üçün xəstəxanaya hücum etdi - Baytarı döydü (VİDEO)

Klinikada müalicə alan pişiyinin ölümündən sonra sahibi 4 rəfiqəsilə birgə xəsətanaya hücum edib, baytarı döyüb.

32gun.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Baytarın sözlərinə görə sahibinə pişiyinin öldüyü xəbərini vermək üçün zəng etdikdə qadın onu təhqir və təhdid edib. Daha sonra rəfiqələri ilə birgə iş yerinə hücum edən qadının xəstəxananı alt-üst etdiyi görüntülər təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb. 

Zərərçəkmiş ifadəsində  polisin hadisəni törədənləri sərbəst buraxdığı üçün qorxu içərisində olduğunu dilə gətirib: "Özümü güvəndə hiss edə bilmirəm. Üstəlik çox ciddi maddi itkilərim də var. Bunun qarılığı olmalıdır. İnsanlar küçədə rahatlıqla kimisə döyə bilməzlər. Heyvanlarla bu qədər yaxşı rəftar etdiyimiz halda zorakılıq görmək qəbuledilməzdir. Heyvanlarla deyil, insanlarla məşğul olmaq yorucudur. deyə bildirib"

Aysel Şirinova

Oxşar Xəbərlər