Sudan ordusu paytaxt Xartumun şimal və qərbində hərbiləşdirilmiş Çevik Dəstək Qüvvələrinin (HDK) mövqelərini bombalayıb.
32gun.az xəbər verir ki Sudan paytaxtın qərbindəki Umdurmandakı Kerari hərbi bazasından ağır artilleriya ilə Umdurman və Bahri şəhərlərindəki HDK məntəqələrini vurub.
Vətəndaş müharibəsindən əvvəl HDK-nın Umdurmandakı ən böyük hərbi qərargahı olan Kerari təxminən 3 ay əvvəl havadan və qurudan edilən hücumdan sonra ordunun əlinə keçib. Ordu ilə HDK arasında vətəndaş müharibəsi 100 gündən artıqdır ki, əsasən paytaxt ətrafında və ölkənin qərbində davam edir.
Beynəlxalq vasitəçilik səylərinin nəticəsiz qaldığı ölkədə HDK-nın atəşkəsi pozmasına cavab olaraq ordu mayın 31-də atəşkəs danışıqlarından geri çəkilib.
Qeyd edək ki, münaqişələrdə 3000-dən çox insan həyatını itirib, on minlərlə insan yaralanıb, 4 milyona yaxın insan isə didərgin düşüb.
Aysel Şirinova