İtaliyanın Viggiu bölgəsində alman turistlər italyan rəssam Enriko Buttinin tarixi malikanəsindəki 150 illik heykəlini sındırıblar.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, 17 nəfərdən ibarət gənc turistlər şəkil çəkdirmək üçün heykələ yaxınlaşdıqda sənət əsəri yerə aşaraq sınıb. Maddi zərərin 200 min dollar olduğu bildirilib.
Otel kimi istifadə edilən tarixi malikanənin sahibi turistləri məhkəməyə verib.
Aysel Şirinova