Minlərlə pişiyin koronavirusdan öldüyü Cənubi Kiprdə insanlar üçün istifadə edilməyən koronavirus dərmanlarının pişiklərin müalicəsi üçün istifadəyə veriləcəyini açıqlanıb.
32gun.az xarici mediaya istinadən xəbər verir ki, koronavirusun bir ştammı - insanlara ötürülməyən pişik yoluxucu peritoniti Kiprdə xeyli heyvanın ölməsi ilə nəticələnib.
Cənubi Kipr Nazirlər Kabinetinin bəyanatına əsasən əvvəllər insanlarda koronavirusa yoluxma hallarının müalicəsi üçün istifadə edilən preparatlar yenidən istifadəyə yararlı ola bilər. Covid-19 əleyhinə həblər şəklində olan dərmanların baytarlıq xidmətləri vasitəsilə əldə ediləcəyi bildirilib.
Qeyd edək ki, heyvan sevərlər bir milyona yaxın pişiyin öldüyü Kiprin ölü pişiklər adasına çevrildiyini bildiriblər.
Aysel Şirinova