HADİSƏ
"Green House" şadlıq sarayındakı yanğının səbəbi MƏLUM OLDU - VİDEO (YENİLƏNİB)
Sumqayıtda "Green House" şadlıq sarayında baş verən yanğın artıq söndürülüb.
Bu barədə "Unikal"a şadlıq sarayından məlumat verilib.
Bildirilib ki, yanğın nəticəsində şadlıq evinə çox ciddi ziyan dəyib.
O da qeyd olunub ki, yanğın elektrik naqillərində baş verən qısaqapanma səbəbindən baş verib.
***
Sumqayıtda "Green House" şadlıq sarayında baş verən yanğın lokallaşdırılıb.
32gun.az xəbər verir ki, hazırda soyutma işləri aparılır.
***
Sumqayıtda restoranda yanğın başlayıb.
32gun.az-ın unikala istinadən verdiyi məlumata görə, şəhərdə yerləşən "Green House" şadlıq sarayı yanır.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.
Yanğının görüntüsünü təqdim edirik: