DÜNYA ÖZ XƏBƏR

Musson yağışları 199 nəfərin həyatına son qoyub

Musson yağışları nəticəsində ölənlərin sayı 199 nəfərə çatıb.

32gun.az xəbər verir ki, bu barədə Hindistan mediası məlumat yayıb. Məlumatda Hindistanın şimalındakı Himaçal Pradeş əyalətində son 41 gündə ölən 199 nəfərdən 57-nin torpaq sürüşməsi və daşqınlar, 142-nin isə musson yağışları zamanı yol qəzaları nəticəsində dünyasını dəyişdiyini bildirilib.

Səlahiyyətlilər, həmçinin 31 nəfərin itkin düşdüyünü, 229 nəfərin yaralandığını açıqlayıb.

Daşqınlar nəticəsində 7317 evə qismən zərər dəyib, 254 mağaza və 2337 tövlə isə ciddi dağıntıya məruz qalıb.

Aysel Şirinova

Oxşar Xəbərlər