DÜNYA ÖZ XƏBƏR

DƏHŞƏTLİ QƏTL: Sevgilisini öldürdü - özünü asdı

Sevgilisinin evinə gələrək mübahisə yaradan gənc oğlan qadını bıçaqlayaraq öldürüb, özünü isə evdən asıb.

32gun.az xəbər verir ki, hadisə Pendikdə baş verib. Özəl xəstəxananın xəstə qeydiyyat şöbəsində çalışan Nazlı Duman adlı qadın evinə gələn sevgilisi Emrah Bolatla mübahisə etməyə başlayıb. Mübahisə nəticəsində Bolat Nazlı Dumanı boğazından bıçaqlayaraq öldürüb. Emrah Bolat qətldən sonra özünü evin içərisində asaraq həyatına son qoyub.

Hadisə zamanı qadının 8 yaşlı övladı parkda olub. Cinayət yerinə polis əməkdaşları cəlb edilib.

Araşdırmalar aparılır.

Aysel Şirinova

24b1e36cdd62bfc8a68d355ed87ed5d1

AW001308_07

Oxşar Xəbərlər